Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda təhsil alan saxta həkim Adana həbsxanasından qaçıb — ŞOK HADİSƏ

Azərbaycanda təhsil alan saxta həkim Adana həbsxanasından qaçıb — ŞOK HADİSƏ

Adanada 4 nəfərin dodağını eybəcər hala salan saxta həkim həbsxanadan qaçıb.

“Ölkə.Az” xəbər verir ki, Azərbaycanda təhsil aldığını deyən saç ustası məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.
Adana məhkəməsində qeyri-peşəkarlıq, saxtakarlıq və yaralama cinayətlərindən mühakimə edilən saç ustası Soner haqqında hökm verilib. Məhkəmənin hökmü ilə sərbəst buraxılması barədə qərar qəbul edilən müttəhim başqa bir cinayətdən haqqında hökm çıxarıldığı üçün azadlığa çıxa bilməyib.
Oğurluq cinayətinə görə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Soner cəzasını çəkmək üçün həbsxanaya göndərilib.
Həbsxanada axşam yoxlanışında müttəhimin qaçdığı üzə çıxıb və həbsi üçün qərar çıxarılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın