Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda “Seyid” ləqəbi ilə tanınan kriminal avtoritet saxlanılıb – FOTO

Azərbaycanda “Seyid” ləqəbi ilə tanınan kriminal avtoritet saxlanılıb – FOTO

Abşeron rayonunda üzərində narkotik vasitə gəzdirən şəxs saxlanılıb.

Abşeron Rayon Polis İdarəsindən (RPİ) “Report”a verilən məlumata görə, 54 yaşlı Neftçala rayonunda anadan olan, Saray qəsəbə sakini Bədirov Mirsədir Bədir oğlu tutulub. Onun üzərinə baxış keçirən polislər 40 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edərək götürüblər. M.Bədirov narkotik maddələri Corat qəsəbəsindən tanımadığı şəxsdən 400 manata aldığını bildirib. İfadəsi zamanı saxlanılan şəxs narkotik vasitələri bədənində olan ağrıları azaltmaqdan ötrü şəxsi istifadəsi üçün əldə etdiyini deyib. M.Bədirov barəsində Abşeron RPİ-də cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, M.Bədirov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, quldurluq, soyğunçuluq və bu kimi başqa ağır cinayətlər etdiyi üçün dəfələrlə məhkumluq həyatı yaşayıb. Kriminal aləmə meyilli  şəxs olan M.Bədirov “Seyid” ləqəbi ilə tanınıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın