Cümə , Oktyabr 23 2020
Ana səhifə / Araşdırma / Azərbaycanda şəkər xəstələri ÇARƏSİZ VƏZİYYƏTDƏ – Bu dərman TAPILMIR (FOTO)

Azərbaycanda şəkər xəstələri ÇARƏSİZ VƏZİYYƏTDƏ – Bu dərman TAPILMIR (FOTO)

Azərbaycanda artıq bir aydır ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin istifadə etdiyi “GLUCOVANCE” dərmanının bir növü satışdan yığışdırılıb, depolarda da tapılmır.

Unikal.org xəbər verir ki,  xəstələr  “Glucovance 500 mg/5 mg Tablets”  preparatını tapa bilmirlər. Belə ki, sözügedən dərman apteklərə gətirilmir, depolarda tapılmır, xəstələrin tələbatına baxmayaraq nə vaxt gətiriləcəyi də məlum deyil. Apteklər isə sifarişlərini verib gözləyirlər.

Məsələ ilə bağlı “Azərfarm” LTD-yə müraciət etsək də,adıçəkilən dərmanın tapılmaması  və problemin nə zaman aradan qaldırılacağı haqqında məlumat verilmədi.

Qeyd edək ki, bu dərmanlar şəkərli diabet və qalxanvari vəzin xəstəlikləri kimi endokrin xəstəliklərin müalicəsi üçün istifadə edilir.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …