Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda “rus arağı” istehsal edənlər tutuldu

Azərbaycanda “rus arağı” istehsal edənlər tutuldu

Abşeron rayonunda saxta araq və viskilər hazırlayıb dükanlarda satışa çıxaran 3 nəfər müəyyən edilib. 

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Səlim Əbdürrəhimovun Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki bağ massivində qurduğu gizli sexə baxış zamanı külli miqdarda saxta “Zolotoe Koltso”, “Flaqman”, “Krepost”, “Qladius”, “Banketnaya”, “Maqnat” araqları, “Jack Daniels” və “Chivas” viskiləri, 300 litr keyfiyyətsiz spirt, 5000 ədəd saxta aksiz markaları və spirtli içkilərin hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.

Araşdırmalarla S.Əbdürrəhimovun Laçın rayon sakinləri Rəşad Təhməzov, onun qardaşı Ramil Təhməzov və Abşeron rayon sakini Məzahir Əbdürrəhmanovla birlikdə saxta spirtli içkilər istehsal etmələri müəyyən edilib. Həmin spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və onların keyfiyyətsiz, insan orqanizminə ciddi təhlükə yaradan və istifadəyə yararsız olması məlum olub.
Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib. Araşdırma aparılır.

 

Azərbaycanda “rus arağı” istehsal edənlər tutuldu
Azərbaycanda “rus arağı” istehsal edənlər tutuldu
Azərbaycanda “rus arağı” istehsal edənlər tutuldu

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın