Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda qadın cinayətkarların sayı açıqlandı

Azərbaycanda qadın cinayətkarların sayı açıqlandı

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda cinayət törətmiş şəxslərin 5,7 faizi qadınlar olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cinayət törətmiş şəxslər arasında 14-17 yaşda olanların payı isə 3,1 faiz təşkil edib.

Ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 13182 cinayət faktı qeydə alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisinə nisbətən 7,5 faiz azdır.

Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 9,5 faiz azalaraq 134 olub. Onların 55,6 faizi az ağır, 30,2 faizi böyük ictimai təhlükə törətməyən, 14,2 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın