Ana səhifə / Araşdırma / Azərbaycanda nazirlik əməkdaşı iş başından güllələndi – YENİLƏNİB

Azərbaycanda nazirlik əməkdaşı iş başından güllələndi – YENİLƏNİB

Bu gün səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı İmişli ərazi ekologiya şöbəsinin Saatlı rayonu üzrə müfəttişi, 62 yaşlı Ağakərim Səlimov güllə yaraları ilə Şirvan şəhər xəstəxanasına gətirilib.
Xəstəxanadan virtualaz.org-a verilən məlumata görə, xəstə qarın boşluğu və yan nahiyəsindən güllə yaraları aldığından əməliyyat olunub və hazırda həyatı üçün heç bir təhlükə yoxdur.
ETSN-dan da baş vermiş hadisəni təsdiqləyərək bildiriblər ki, müfəttiş Ağakərim Səlimov qanunsuz ov edənlərə qarşı aparılan tərdbirlər zamanı güllə yarası alıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
*   *   *
12:32
Bu gün Saatlı rayon sakini, 1954-cü il təvəllüdlü Ağakərim Səlimov güllə yarası ilə Şirvan şəhər xəstəxanasına gətirilib.
APA-nın məlumatına görə, A. Səlimovun üzərində cərrahi əməliyyat aparılır.
A. Səlimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın