Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda nazir müavini işləmiş qadın intihar edib

Azərbaycanda nazir müavini işləmiş qadın intihar edib

Aprel ayının 15-də Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 3, mənzil 18-də 86 yaşlı qadın intihar edib.

“ Azinforum.az ” ın SalamNews-a istinadən məlumatına görə, 1931-ci il təvəllüdlü Sultanova Zərifə Məmmədəli qızı uzun illərdir iflic xəstəliyindən əziyyət çəkib, əlil arabasında gəzib. Həmin gün günorta saatlarında oturduğu əlil arabasında iplə özünü boğaraq intihar edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Mərhumun yaxınları, Sultanova Zərifə Məmmədəli qızının Sovetlər Birliyi vaxtında uzun illər yüksək vəzifələrdə işlədiyini, hətta nazir müavini vəzifəsinə qədər yüksəldiyini bildirib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın