Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Araşdırma / Azərbaycanda nə qədər uşaq cinayət törədib?

Azərbaycanda nə qədər uşaq cinayət törədib?

Azərbaycanda yuvenal ədliyyə sisteminin islahatı çərçivəsində yaradılmış, 2007-ci ilin sentyabr ayından fəaliyyətə başlayan Uşaq Hüquqları Klinikası, Cinayət Törətmiş Uşaqlar və Gənclər üçün Sosial Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən bu günədək 600-dən çox riskli davranışa meyilli, cinayət törətmiş və təhlükəli vəziyyətdə yaşayan uşaq ailəyə qaytarılıb və yarımçıq qalmış təhsillərini davam etdiriblər.

Azinforum.az xəbər verir ki, bunu Trend-ə “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova deyib. K.Aşımova bildirib ki, yuvenal ədliyyə proqramı başlamazdan əvvəl ölkədə cinayət törədən uşaqların sayı yüksək – 680-dən (2005-2006-ci illərdə) çox idi. Uşaq tərbiyə müəssisəsində saxlananların sayı isə 70 (2006-cı ildə) olub.

Təşkilat rəhbəri qeyd edib ki, Cinayət Törətmiş Uşaqlar və Gənclər üçün Sosial Psixoloji Reabilitasiya Mərkəzinin 2007-ci ilin sonundan Bakıda, 2014-cü ilin sentyabrından Quba və Gəncə şəhərlərində fəaliyyətə başlaması nəticəsində koloniyada və ya qapalı müəssisələrdə olan, cinayət törədən uşqların sayı azalıb.

K.Aşımovanın fikrincə, aparılan işlər nəticəsində ümumilikdə ölkə üzrə cinayət törədən uşaqların sayı azalıb. 2013-2014-cü illərdə cinayət törədən uşaqların sayı 480-ə enib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, UNİCEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan hüquqları üzrə Müvəkkil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılan bu mərkəzə yönəldilən uşaqlar və onların ailələri ilə aparılan iş, göstərilən dəstək belə uşaqların cəmiyyətə yenidən reinteqrasiyasını asanlaşdırıb: “Bu işlər uşaqların öz həyatlarını türmədə, uşaq koloniyasında deyil, normal inkişaf etməklə öz ailələrində davam etdirmələri ilə nəticələnib. Uşaqların mərkəzə yönləndirilməsinin əsas səbəbi ondadır ki, burada onların hər birinə fərdi yanaşılır və bu yolla da problemləri həllini tapır. Uşaqlar bizə inanır və problemlərini, arzularını mərkəzin əməkdaşları ilə bölüşürlər”.

Həmçinin oxuyun

Yanına gələn qızlara “alt paltarı geyinməsin” deyirdi – Adnan Oktarın qorxunc əməli üzə çıxdı

Adnan Oktarın daha bir dəhşətli əməli üzə çıxıb.  Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı …

Bir cavab yazın