Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Araşdırma / Azərbaycanda müəllimlər maaşla dolana bilirmi? –ARAŞDIRMA

Azərbaycanda müəllimlər maaşla dolana bilirmi? –ARAŞDIRMA

 Ölkə məktəblərində “son zəng” çalındı. 151 458 müəllim gündəlik ağır işdən azad olub dincələ biləcək. Müəllimlərin illik əməyinə yekun vuraq: onlar çox qazana bildimi?

Təhsil Nazirliyində imtahanı uğurla verən müəllimlərin əməkhaqqının artırılması üçün attestasiya keçirilib. Diaqnostik qiymətləndirmə 2014-cü ildə Bakı şəhərində başlayıb və 2017-ci ilin mayında Azərbaycanın bütün müəllimləri üçün başa çatıb. Müəllimlər ixtisas üzrə 40, kurikulum üzrə 20 suala cavab verməliydi. Yekun olaraq, Bakı Şəhər Təhsil İdarəsinin məlumatına görə, ötən ilin aprel-may aylarında diaqnostik qiymətləndirmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı 2018-ci ilin yanvarında artırılıb.

Hazırda Təhsil idarəsinin tabeliyində olan təhsil müəssisələri müəllimlərinin orta aylıq əməkhaqqı 552 manat təşkil edir.

Həmin müəllimlərin bir hissəsi eyni zamanda özəl məktəblərdə dərs deyir, bir hissəsi işdən sonra öz biznesi ilə, əsasən repetitorluq ilə məşğul olur. Bakıda şagirdin ali məktəb imtahanlarına hazırlaşması üçün repetitor ayda 100-120 manat alır. Bir qrupda 5-15 şagird olur. Deməli, ayda bir qrupdan 500-2000 manat gəlir əldə edir. Əgər şagirdi öz evində hazırlaşdırmırsa bunun 300 manata qədərini yerin icarəsinə ödəyir.

Iş iki növbəlidir: səhər dövlət məktəbində, axşam özəl məktəblərdə və repetitorluq. Çətin işdir, hər kəsin bacarağı iş deyil. Odur ki, sual yaranır: Əgər Bakı müəllimlərinin əksəriyyəti məktəbdə dərslərdən sonra əlavə qazanmasa 552 manatla layiqli yaşaya bilərmi?

“2018-ci ildə yaşayış minimumu haqqında” qanuna görə, 2018-ci il üçün yaşayış minimumu 173 manat səviyyəsində müəyyən edilib: əhalinin əmək qabiliyyətli hissəsi üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manatdır.

Təsəvvür edin ki, müəllim ailəsində işləyən həyat yoldaşı, iki uşaq var. Nənə və baba öz pensiyasına yaşayır. Minimal zəruri qidalanma, müəllimin özü və bir uşaq üçün digər xərclərə görə (ikinci uşağa “ata baxır”) hər ay 183+154 manat=337 manat lazımdır.

337 manat pedaqoqa və onun uşağına ölməmək üçün bəs edir.Azərbaycanda “yaşayış minimumu” real, daim artan qiymətlərlə uzlaşmır. Bakıda təzə mal ətinin qiyməti orta hesabla 11 manatdır, bir şüşə bitki yağı 3-4 manatdan 8-15 manata qədərdir. Deməli, müəllim ayda 10 kilo ət və 10 şüşə yağ alsa təkcə bu məhsullara 200 manata yaxın xərcləyəcək.

Qeyd edək ki, yaşamaq üçün zəruri olan pul məbləğinin real göstəricisi minimal zəruri məhsullar, əşya və xidmətlərdən ibarət “istehlak səbəti”dir. 2018-ci il üçün bu şərti “səbət” 276,96 manata bərabərdir. Xatırladaq ki, bu il üçün müəyyən edilmiş yaşayış minimumu 173 manata bərabərdir. Əgər Avropada istehlak səbətləri özündə insanın istirahət xərclərini də birləşdirirsə, Azərbaycanda bura İnternet haqqı, kinoya getmək haqqı daxil deyil. Notbukda filmə baxmaq mümkün deyil. Çünki müəllimin kompüter alması “səbət”də yoxdur. “Ərzaqdan danışsaq, göstərilən ərzaqlar işləyən adamın və ya yeniyetmənin gündəlik mininal kalori normasını -gündə 2200 kalori təmin edə bilməz”, – Dayanıqlı İnkişafTədqiqatlar Mərkəzinin sədri Nəriman Ağayev bildirib.

“Yaşayış səviyyəsi”nə kurortda yay istirahəti, şəxsi avtomobil üçün benzin ödənişi daxil deyil. Çünki ayda 552 manat alan və başqa gəliri olmayan müəllim komfort hərəkət etmək üçün avtomobil ala bilmir. Bakıda az müəllim öz avtomobilində gedir, belə dəbdəbə üçün mütləq repetitorluq etmək lazımdır. Bakıda orta statistik müəllim orta səviyyəli rahat, həm də yeni təmirli mənzil almağı isə heç arzulaya bilmir.

Indi də təsəvvür edək ki, bizim uşaqların müəllimi çox ət yemir və yağlı yeməyi xoşlamır. “Səbət” səviyyəsində yaşayaraq hər ay kənara 100 manat qoyur. Və qəflətən müəllim xəstələnir və xəstəxanaya düşür, deməli, bir il ərzində yığdığı bütün ehtiyatlar dərhal qurtarır. Çünki tibbi sığortanın tətbiq olunmadığı Azərbaycanda stasionar müalicə çox bahadır.

Ona görə də bizim müəllimlərin vəziyyətini “yoxsul”, “dilənçi” vəziyyəti adlandırmaqla yalan danışmış olmuruq. Üstəlik, Bakıda peşəkar dilənçi ayda 552 manatdan çox pul yığır. Bizim müəllimlər ac deyil və sovet minimal səviyyəsində təmin olunublar. Neft ölkəsində yaşayan (dünya üzrə neftin barelinin 70 dollardan çox olduğu bir vaxtda) məktəb müəllimi üçün ayda 552 manat çox aşağı sosial göstəricidir.

Turan

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …