Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıb – FOTO – VİDEO

Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıb – FOTO – VİDEO

Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb. Hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.

Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğluQurbanov və kəndməktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğluarasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.

Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın