Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Araşdırma / Azərbaycanda koronavirusdan sağalanların sayı yarım milyonu ötüb

Azərbaycanda koronavirusdan sağalanların sayı yarım milyonu ötüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 706 yeni yoluxma faktı qeydə alınıb, 1937 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azinforum.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 539 710 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 501 508 nəfər müalicə olunaraq sağalıb, 7 182 nəfər vəfat edib, aktiv xəstə sayı 31 020 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 350, ötən müddət ərzində isə ümumilikdə 5 243 038 test aparılıb.

Həmçinin oxuyun

Yeni ştamın simptomları nədir?

Koronavirusun yeni “Omicron” ştamının peyda olması bir sıra ölkələri pandemiya ilə mübarizə planlarını yenidən nəzərdən …