Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Azərbaycanda koronavirusa yoluxanlardan 300-ə yaxını tibb işçisidir

Azərbaycanda koronavirusa yoluxanlardan 300-ə yaxını tibb işçisidir

Azərbaycanda indiyədək koronavirusa yoluxanlar arasında yüzlərlə tibb personalı da var. Səhiyyə nazirinin müavini Viktor Qasımov Operativ Qərargahın bu gün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, təəsüflər olsun ki, tibb işçiləri də özlərini bu virusdan qoruya bilməyiblər və nəticədə 300-ə yaxın tibb işçisi yoluxub. “Lakin bu o demək deyil ki, onların hamısı xəstəxana şəraitində yoluxublar. Bir çoxları ev şəraitində, yaxınlarından və ya təmasda olduqları digər şəxslərdən yoluxublar. Hazırda onlardan 60-dan çoxu sağalıb və işinin başına geri qayıdıb, qalanların müalicəsi davam edir, aralarında vəziyyəti ağır olanı yoxdur”,-Viktor Qasımov bildirib.

***19:16

Bu dəqiqələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahda jurnalistlər üçün növbəti brifinq keçirilir.

Virtualaz.org xəbər verir ki, qərargahın üzvləri koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması üçün görülən işlərin nəticəsindən, karantin rejiminin yumşaldılmasından danışırlar.

“Karantin rejiminin tətbiqi ilə ölkədə virusun kütləvi yayılmasının qarşısı alınıb”. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı belə deyib.

O bildirib ki, tədbirlərin yumşaldılması və karantin rejiminin mərhələli ləğvi zərurəti yaranıb:

“Bir sıra ölkələr bu rejimdən mərhələli şəkildə çıxmağa hazırlaşır. Karantin tədbirlərinin tam aradan qaldırılması yenidən kütləvi yoluxma dalğası gətirə bilər. Ona görə də karabtin rejimi mərhələli şəkildə ləğv edilməlidir”.

R.Bayramlı qeyd edib ki, vaksinasiya probleminin yaxın bir il ərzində həll olunması sual altındadır: “Ona görə vətəndaşlar bu məsələyə ciddi yanaşmalı və arxayınlaşmamalıdırlar”.

Ramin Bayramlı bildirib ki, bu günə qədər ölkədə 115 minə yaxın test icra olunub. “2020-ci ilin martından etibarən koronavirus ÜST tərəfindən pandemiya elan olunub.  Ölkəmizdə profilaktik tədbirlər davam edir, yeni laboratoriyalar qurulur. Ölkədə virusa yoluxmanı aşkar etmək üçün bütün imkanlar, avadanlıq və ləvazimatlar var. Ölkə ərazisində virusun müntəzəm diaqnostikası üçün 18 laboratoriya var. 115 minə yaxın test həyata keçirilib. Heydər Əliyev  Fondunun dəstəyilə fəaliyyətə başlayan müasir laboratoriyaların imkanı daha da genişləndirilir”,-Bayramlı əlavə edib. Aprelin 20-dən  Şəkidə laboratoriya fəaliyyətə başlayıb. Apreldin 27-dən isə Sumqayıtda da laboratoriya fəaliyyətə başlayacaq. Bununla da  diaqnostik imkanlar daha da genişlənəcək: “Bu cihazlar çox az ölkədə var, bunlar Avropa istehsalı olan müasir sistemlərdən ibarətdir. Eyni zamanda reaktivlər də İngiltərə istehsalıdır. Ona görə analizlərin nəticəsindən əminik”.

Bayramlı əlavə edib ki, koronavirusa yoluxan 130-a yaxın xəstə “Yeni klinika”da müalicə alır. Klinikada 6 xəstə reanimasiya şöbəsinə yerləşdirilib, 8 ağır xəstə isə süni nəfər aparatına qoşulub.

Ramin Bayramlı qeyd edib ki, hazırda 14 koronaviruslu xəstə reanimasiyada müalicə alır. Onlardan altısının vəziyyəti ağırdır.

Səkkiz nəfər süni nəfəs aparatına qoşulub. Ölkədə dərman, süni tənəffüs aparatlarının və qoruyucu maskaların qıtlığı yaşanmayıb.

Bayramlı onu da deyib ki,  hazırda Azərbaycanda 558 aktiv koronavirus xəstəsi var. Onlardan 20-si reanimasiyadır. Onlar Mərkəzi Neftçilər Xəstəxanası və “Yeni klinika”da müalicə alır. 7 nəfər isə süni nəfəs aparatına qoşulub.

R.Bayramlı bildirib ki, hazırda bir çox dövlətlərdə sanitar-karantin rejimi təhlil edilərək yumşaldılır. “Avstriya, Almaniya və bir sıra dövlətlər sərt təcrid rejimindən çıxmağa qərar veriblər. Xüsusi karantin rejiminin nəzarət altında tədricən aradan qaldırılması zəruridir. Karantin rejiminin aradan qaldırılması ilə yoluxmanın ikinci dalğasının baş verməsi ehtimalı var. Ən böyük təhlükələr qarşıda ola bilər. Tədqiqatçıların fikrini izləyirik”,-Bayramlı qeyd edib. Onun sözlərinə görə, vaksinasiya probleminin yaxın 1 il ərzində həll olunması  sual altındadır. Yoluxmanın nəzarət altında saxlanılması həyati vacib məsələdir: “Azərbaycan əhalisi buna milli təhlükəsizlik məsələsi kimi baxmalıdır. Biz qarşıdakı bir il ərzində düşmənin yaxında olmasını unutmamalıyıq”.

Ramin Bayramlı bildirib ki, “Operativ Qərargahın tibbi bölməsi ictmai-iaşə obyektləri, ictimai nəqliyyat və digər sahələr üzrə davranış qaydalarını hazırlayır.

R. Bayramlı deyib ki, hər kəs bu davranış qaydalarına ciddi riayət etməlidir. Bu qaydalar koronavirusla bağlı saytda yerləşdiriləcək.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …