Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda ilginc olay: hakimə hörmətsizlik edən şəxs məhkəmədə həbs edildi

Azərbaycanda ilginc olay: hakimə hörmətsizlik edən şəxs məhkəmədə həbs edildi

Məhkəmədə hakimlə kobud danışan şahid həbs edilib. O, 48 saatlıq cəza alıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevə qarşı kobudluq və hörmətsizlik edən şahid həbs edilib.

Bu gün hakim R.Əliyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş turub.

Bu iş üzrə şahid qismində Nəsimi Hüseynov məhkəməyə dəvət edilib. O, hakimin suallarına cavab verən zaman kobudluq edib. Hakimin xəbərdarlıq etməsinə baxmayaraq, şahid eyni şəkildə cavab verməyə davam edib.

Bu zaman hakim Rauf Əliyev şahid Nəsimi Hüseynov barəsində hakimə qarşı hörmətsizlik etdiyinə görə 48 saatlıq həbs cəzasına qərar verib. Qərar elan edildikdən bir neçə dəqiqə sonra N.Hüseynov polis əməkdaşlarına təhvil verilib.

Nəsimi Hüseynov Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarına təhvil verilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın