Ana səhifə / Araşdırma / Azərbaycanda ilginc hadisə: Mağazadan “nisyə dəftəri“ni oğurladılar

Azərbaycanda ilginc hadisə: Mağazadan “nisyə dəftəri“ni oğurladılar

Samux rayonunda ilginc oğurluq hadisəsi baş verib.

Belə ki, rayonun Alıuşağı kəndində Mahir Hüseynov 3 ay bundan əvvəl icarəyə götürdüyü mağazaya gələndə qapının qırıldığını, içəridə olan malların dağıldığının şahidi olub.

“Çağırılmamış qonaqlar” ticarət obyektindən bir neçə adda kolbasa və mağaza sahibinin sənədlərini aparıblar.

​Satıcı Sahilə Hüseynova bildirib ki, mağaza oğurluq məqsədilə deyil, qisas məqsədilə yarılıb. Onun sözlərinə görə, hadisəni törədənlər “nisyə dəftəri”ni aparmaqla onları müflis etmək məqsədi güdüb.
Məlumata görə, mağaza sahibinə təxminən 6 min manatlıq ziyan dəyib. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır (“Region” TV).

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın