Bazar , Oktyabr 20 2019
Ana səhifə / Araşdırma / Azərbaycanda ilanla fala baxan yarışma qalibi tutulub

Azərbaycanda ilanla fala baxan yarışma qalibi tutulub

Bakıda məşhur ekstrasens tutulub.
 
Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
 
Belə ki, Nizami rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, T.Salamova kanallardan birində yayımlanan yarışmanın qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.

Həmçinin oxuyun

Sentyabrda Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb

Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 mənzil alıblar. Türkiyə Statistika İdarəsinin verdiyi məlumata …

Bir cavab yazın