Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda evdən qaçan nişanlı qızlar tapıldı – VİDEO

Azərbaycanda evdən qaçan nişanlı qızlar tapıldı – VİDEO

Şirvanda itkin düşən gəlin və baldız tapılıb.

Ötən gün Aytac Zahidovanın anası Flora Zahidovanın APA TV vasitəsilə müraciət etməsi nişanlı qızların evə qayıtmasına səbəb olub.

Aytac Zahidovanın anası Flora xanım APA TV-yə təşəkkür edib:

“26 maydan evdən çıxıblar və 17 gün idi ki, onlardan xəbər yox idi. Sizə müraciət edəndən sonra qızım “Youtube”da videoya baxıb və evə qayıdıblar. APA TV-yə öz təşəkkürümü bildirirəm ki, qızımın tapılmasında bizə köməklik edib. Onlar Bakıda marketlərdən birində işləyiblər. Telefonlarını satıb özlərinə çörəkpulu ediblər”.

Qeyd edək ki, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı 26 mayda evdən çıxıb və geri qayıtmayıblar. Hər ikisi nişanlı olan Aytac və Əfsanə gəlin-baldız olub.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın