Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda deputatın bir oğlu saxlanıldı, o biri oğlu axtarışa verildi

Azərbaycanda deputatın bir oğlu saxlanıldı, o biri oğlu axtarışa verildi

Milli Məclisin deputatı, iş adamı Fərhad Qəribovun oğlu Elnur Qəribov ötən gün hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə qafqazinfo-ya ailəyə yaxın şəxslər tərəfindən məlumat verilib.

Deputat oğlunun hansı səbəbdən saxlanılması, hələ ki, bəlli deyil. Qeyd edək ki, E. Qəribovun özü də iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub.

E.Qəribovun banklardan böyük miqdarda kredit götürdüyü təsdiqlənsə də, dünən hansı səbəbdən saxlanılması, xüsusilə də məlum “Beynəlxalq Bank işi”ndə dindirilib-dindirilməməsi ilə bağlı dəqiq məlumatımız yoxdur.

Onu da qeyd edək ki, deputat oğlunun dindiriləndən sonra sərbəst buraxıldığı deyilir.

Həmçinin, bildirək ki, deputatın digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, mətbuatda zaman-zaman deputat Fərhad Qəribovun külli miqdarda borcu olması və götürdüyü kreditləri qaytarmaması barədə informasiyalar yazılıb. Onun “Şəki” restoranlar şəbəkəsinin, lisenziyası ləğv olunmuş “Debut Bank”ın rəhbəri olduğu bildirilir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın