Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda dekan müavini tələbəni məhkəməyə verdi – Həbsini istəyir

Azərbaycanda dekan müavini tələbəni məhkəməyə verdi – Həbsini istəyir

Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayəti Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatına qəbul edilib.
Mia.az-ın məlumatına görə, bu haqda vəkil Elçin Sadıqov bildirib. Vəkilin sözlərinə görə, tələbə Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir. Tələbəni 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, Z. Mirağayev bir müddət əvvəl mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın