Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda daha bir oğul atasını öldürdü

Azərbaycanda daha bir oğul atasını öldürdü

Kürdəmirdə qətl törədilib.

APA-nın verdiyi məlumata görə, oğul öz atasını öldürüb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini, 1983-cü il təvəllüdlü Mətləb Nizamov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində atası, 1955-ci il təvəllüdlü Əflatun Nizamovu bıçaqlayıb.

Hadisəni törədən M.Nizamov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bənzər hadisə bir neçə gün öncə Zaqatala rayonunda da qeydə alınıb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Əliabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1938-ci il təvəllüdlü Kərim Məhərrəm oğlu İmranov aralarında yaranan mübahisə zəminində oğlu 1965-ci il təvəllüdlü Zamir Kərim oğlu İmranov tərəfindən baltalanıb.

Ağır bədən xəsarətləri alan 78 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. 51 yaşlı oğul tutularaq istintaqa təhvil verilib.

Prokurorluqdan qətlin səbəbləri barədə məlumat verilməsə də, Z. İmranovun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın