Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda dəhşətli qəza – 5 yaşlı uşaq yanaraq öldü

Azərbaycanda dəhşətli qəza – 5 yaşlı uşaq yanaraq öldü

Beyləqan rayonunda dəhşətli yol qəzası baş verib.

“ Azinforum.az ” ın Lent.az-a istinadən mlumatına görə, gecə saatlarında rayonun Birinci Aşıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Yaşar Novruzovun idarə etdiyi 11 BG 172 dövlət qeydiyyat nişanlı “Mercedes” Dünyamalılar kəndində körpünün üstündə yoldan çıxaraq sağdakı qaz borusuna çırpılıb. Qəzadan sonra borunun partlaması ilə yanğın başlayıb. Sürücü və digər sərnişinlər maşından düşərək xilas ola bilsələr də, avtomobildə olan 2011-ci il təvəllüdlü Novruzov Zaur Nurlan oğlu aldığı xəsarətlərdən vəfat edib.
Qəzada ölən 5 yaşlı uşaq sürücünün qardaşı nəvəsi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın