Ana səhifə / Araşdırma / Azərbaycanda dəhşətli qətl: – keçmiş arvadını amansızlıqla öldürdü

Azərbaycanda dəhşətli qətl: – keçmiş arvadını amansızlıqla öldürdü

Sumqayıt şəhərində qətl törədilib. Lent.az xəbər verir ki, Corat qəsəbə sakini, 1980-ci il təvəllüdlü Həsənova Xəyalə Kamil qızı çoxsaylı bıçaq xəsarətləri ilə Təcili Yardım Xəstəxanasına çatdırılıb. Bildirilir ki, o, yaşadığı evdə bıçaqlanıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olub. O, X.Həsənovanı 17 bıçaq zərbəsi ilə öldürüb.

Artıq hadisəni törətmiş şəxs saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Bu içkilər xəstəlik simptomlarını ŞİDDƏTLƏNDİRİR ARAŞDIRMA

ABŞ-ın Boston şəhərindəki Brigham və Qadın Xəstəxanasında Romatologiya, İmmunologiya və Allergiya şöbəsinin tədqiqatçıları qazlı içkilərin …

Bir cavab yazın