Şənbə , Dekabr 5 2020
Ana səhifə / Araşdırma / Azərbaycanda dəhşət: Polis digər polisi öldürüb, meyitini yandırdı

Azərbaycanda dəhşət: Polis digər polisi öldürüb, meyitini yandırdı

Azərbaycanda  tükürpədiçi cinayət hadisəsi  baş verib.
Avropa.info-nun bölgə müxbirinin  verdiyi  məlumata görə, İmişli rayonu polis idarəsinin əməkdaşlarından birinin Bakıda  yanmış  vəziyyətdə meyiti tapılıb.
Məlumata görə, İmişli rayon polis idarəsinin əməkdaşı Kazımov Muxtar Nəcəf oğlu bir neçə gün öncə avtomobil almaq məqsədilə  Rabil  adlı polis əməkdaşı olan  yoldaşı ilə Bakıya gəlib.
Onlar Bakıya gələrkən M. Kazımovun üzərində 12500 dollar miqdarında pul olub.
Daha sonra, M. Kazımov gəldiyi Bakı şəhərində yoxa çıxıb. Bu gün Bakıda tapılan naməlum kişi meyidinin üzərində araşdırma aparan tibbi ekspertiza meyitin M. Kazımova aid olduğunu müəyyən edib.
Əldə olunan məlumata görə, M.Kazımov  qətlə yetirildikdən sonra  meyiti  də yandırılıb.
İmişli polisindən  əldə etdiyimiz  məlumata görə, onunla Bakıya gələn Rabil adlı polis əməkdaşı hazırda şübhəli şəxs qismində saxlanılıb.
Rabil adlı polis əməkdaşının əvvəl verdiyi ifadələrlə təhlükəsizlik kamerasının qeydləri arasında uyğunsuzluq olduğu aşkarlanıb. Hazırda istintaq hərəkətlərinin davam etdirildiyi bildirilir.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın