Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda cinayət hadisələri niyə artır? – EKSPERT

Azərbaycanda cinayət hadisələri niyə artır? – EKSPERT

Son zamanlar mətbuatın ən oxunaqlı xəbərləri sırasında qətillər, intiharlar, faciəli şəkildə ölümlərlə bağlı məlumatlar üstünlük təşkil edir.

Atanın övladını güllələməsi, az yaşlı uşaqların özlərini asması, ərin arvadını vəhşicəsinə öldürməsi kimi xəbərlər cəmiyyətimizdə bir normaya çevrilib, adi hal kimi qəbul olunur.

Psixoloq Elnur Rüstəmov son günlər ölkədə cinayət hadisələrinin artmasına münasibət bildirib. O, AzVision.az-a bildirib ki, cəmiyyətdə aqressiya, qətillər bütün dövrlərdə mövcud olub, amma indiki qədər intensiv müşahidə olunmayıb.

“Aqressiya, qətllər bütün zamanlarda olub. Sadəcə olaraq indiki qədər intensiv olmayıb. Bunun da öz səbəbləri var. Artıq informasiya əsridir. İnsanlar arasında bir yadlaşma, özgələşmə prosesi gedir. Övladla valideyn, valideynlə övlad arasında bağlar qırılmağa başlayıb. Nəticədə insan insandan mənən uzaqlaşmağa başlayıb”.

E.Rüstəmov vurğulayıb ki, zorakılıq, qətillər, intiharlarla bağlı informasiyaların geniş yayılması insanlar arasında münasibətlərin qırılmasına səbəb olur. Nəticədə insanlarda yadlaşma, özgələşmə prosesi gedir.

Bəzən görürsən ki, ər və arvadın hərəsinin öz dünyası var. Onlar bir yastığa baş qoysalar da, yad insandırlar. Mövcud şərtlər onları bir evdə, bir yerdə qalmağa məcbur edir. Onlar sosial şərtlərdən dolayı bir yerdə qalmağa məcburdular. Halbuki, onlar arasında hansısa doğmalıq, qadın-kişi münasibəti artıq qalmayıb. Nəticədə xoşagəlməz hadisələr yaşanır. Təəssüf ki, Azərbaycanda belə hallardan qaçmaq mümkün deyil. Hesab edirəm ki, zaman keçdikcə, bu məsələlər öz axarına düşəcək. İnsanları marifləndirmək lazımdır. Bu gün ailə məişət zəminində cinayət hallarının artması müşahidə edilir.Belə hadisələr nəyisə qəbul etməmək, dirəniş göstərmək və digər səbəblərdən meydana gəlir. Bizdə vəziyyət tam fərqlidir. Məsələn, ərlə arvad boşanır, yenə də tərəflərdən biri digərinin həyatına müdaxilə edir. Və ya oğul atasında görmək isədiyni görə bilmir, yaxud ya əksinə. Nəticədə bütün bunlar özünü zorakılıq, cinayət səviyəsində göstərir”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın