Ana səhifə / Araşdırma / Azərbaycanda ana beşəm dünyaya gətirib, körpələrin hamısı ölüb

Azərbaycanda ana beşəm dünyaya gətirib, körpələrin hamısı ölüb

Bu gün Respublika Perinatal Mərkəzində beşəm dünyaya gəlib.
Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib.
Onun sözlərinə görə, bu, ananın 2-ci hamiləliyi olub.
Direktor qeyd edib ki, birinci hamiləlikdə uşaqlar əkiz olub, onlar inkişafdan qaldıqları üçün vaxtından əvvəl abort olunublar: “Ana ikinci hamiləliyə dərmanlar vasitəsilə qalıb. Hamiləliyin 20-ci həftəsinə qədər ana 3 saylı Şəhər Klinik Xəstəxanasında həkim Mehman Həmzəyevin xəstəsi olub. Hamiləlik boyunca ana hamiləliyin qorunması üçün müxtəlif dərmanlar qəbul edib. Vəziyyəti pisləşəndən sonra Aysel Əzimzadə noyabrın 11-də kəskin qanaxma ilə Mərkəzə daxil olub. Vəziyyəti kəskin ağır olan anan qaraciyər və böyrək funksiyalarının stabilləşdirilməsi məqsədilə hospitallaşdırılıb və lazımi yardım göstərilib.
Səhiyyə Nazirliyi və Bakı şəhər Baş Səhiyyə İdarəsinin müxtəlif xəstəlilər üzrə baş mütəxəssisləri Mərkəzə dəvət edilərək konsilium təşkil edilib, ananın vəziyyətinin stabilləşməsinə istiqamətində iş görülüb. Bu gün səhər saat 7-də doğuş spontan-özbaşına fəaliyyətə başlayıb. Nəticədə çəkisi 200 qramdan 420 qrama qədər olan 5 uşaq doğulub. Lakin görülən bütün tədbirlərə baxmayaraq, körpələrin hamısı ölüb. Son bir ayda ananın qaraciyər və böyrəyində kəskin surətdə baş verən pisləşmələr nəticəsində onun qanında müəyyən dəyişmələr var. Nəticədə uşaqlar 24-cü həftədə zəif inkişaf etmiş doğulublar, ananın böyrəyini və qaraciyərinin kəskin pisləşməsi hamiləliyə öz təsirini göstərib. Bundan sonra ananın sağlamlığının bərpa olunması istiqamətində bütün lazımi tədbirlər görüləcək”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın