Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Araşdırma / Azərbaycanda 48 nəfəri ilan sancıb – 6-sı uşaqdır

Azərbaycanda 48 nəfəri ilan sancıb – 6-sı uşaqdır

Aprel ayından bu günə qədər 48 nəfər ilan sancması ilə əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Onlardan 14 nəfəri ağır olub.
Bu barədə açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, ilan sancması ilə bağlı müraciət edənlərdən 6 nəfəri azyaşlı uşaq olub.

“Əsasən gürzə ilanın sancmasına görə müraciətlər olur. Ölüm halı olmayıb. Hal-hazırda 2 nəfərin şöbədə müalicəsi davam edir. Bundan əlavə 6 nəfər əqrəb, 2 nəfər qaraqurd sancması ilə müraciət edib, ölüm baş verməyib. Sirkə turşusu zəhərlənməsi ilə bağlı 2 ayda 4 nəfər, dərman zəhərlənməsi ilə bağlı isə 8 nəfər müraciət edib. Dərman zəhərlənməsi ilə müraciət edənlərdən 2 nəfəri uşaq, 6 nəfəri isə böyükdür”.

A.Maqsudov ötən ilin müvafiq dövrü ilə müqayisədə zəhərlənmə statistikasında artım olmadığını bildirib. Onun sözlərinə görə, isti havaların tez başlaması səbəbindən ilan sancmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5-6 nəfər çoxdur.

AzVision.az

Həmçinin oxuyun

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması… Və müəmmalı “Maybach”i

Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş …