Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda 4 il sonra üstü açılan dəhşətli cinayət: – ərini öldürüb tövlədə basdırdı

Azərbaycanda 4 il sonra üstü açılan dəhşətli cinayət: – ərini öldürüb tövlədə basdırdı

4 il bundan qabaq ərini öldürüb həyətdə basdıran qadın həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən Avropa.info-ya verilən məlumata görə, Respublikanın polis və prokurorluq orqanlarının əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri nəticəsində itkin düşmüş şəxs kimi 2013-cü ilin yanvar ayının 26-dan axtarışda olan Göygöl rayon Qırıxlı kənd sakini İlham Qəhrəmanovun qətlə yetirildiyini müəyyən edilib.
Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirilən əməliyyat nəticəsində İ.Qəhrəmanovun 2013-cü ildə həyat yoldaşı Göygöl rayon sakini Aynurə Qəhrəmanova tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirildiyi və həyətdəki tövlədə basdırıldığı müəyyən edilib.
Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən A.Qəhrəmanova saxlanılaraq istintaqa təqdim edilib və o, ifadəsi zamanı həyat yoldaşını qətlə yetirəndən sonra həyətdəki yardımçı tikilidə basdırdığını etiraf edib.
Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən yardımçı tikilidə də qazıntı işləri aparılıb və mərhumun meyitinin qalıqları ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın