Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda 28 yaşlı həkim qız yoxa çıxdı

Azərbaycanda 28 yaşlı həkim qız yoxa çıxdı

Azərbaycanda həkim itkin düşüb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, martın 16-da saat 19:30 radələrində Bakı sakini 1987-ci il təvəllüdlü Təranə Hacıyeva həkim işlədiyi Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən 2 saylı Poliklinikadan özünə məxsus “Mercedes” markalı 10 DL 044 nömrəli avtomobillə çıxaraq naməlum istiqamətdə hərəkət edib. Avtomobil martın 17-də saat 17:30 radələrində Xətai rayonu, M.Mehdizadə küçəsində saz vəziyyətdə tapılsa da, xanım sürücüdən isə hələ də xəbər yoxdur.

Xətai RPİ 37-ci Polis Bölməsindən həkimin yoxa çıxması ilə bağlı məlumatı “Qafqazinfo”ya təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı İstintaq Şöbəsində araşdırma aparılır.

Poliklinikadan “Qafqazinfo”ya bildirib ki, həkim 2 həftədir işə çıxmır. Harda olması barədə məlumat yoxdur.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın