Ana səhifə / Araşdırma / Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır. Satıcılar qiymət artımının səbəbini mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndirirlər. Alıcılar isə ətin bahalaşmasından şikayətçidir. Mövcud qiymət sabit qalacaq, ya artım davam edəcək? Eyni zamanda bu qiymət artımı nə ilə əlaqəlidirAzərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib.

İqtisadçı bildirib ki, istənilən sahədə istehsal az olduqda qiymət artır:

“İstənilən məhsul növünün bahalaşması iki əsas amillə izah olunur. İlk olaraq istehsal az olduqda qiymət artır. Yəni tələb təklifdən çox olur. İkinci isə insanların alıcılıq qabiliyyəti yüksələndə qiymətlər də artır. Azərbaycanda orta aylıq əməkhaqqı və sosial rifah halının çox da artmadığını bilirirk. İl ərzində gəlirlərin artımı 10 faiz təşkil edir. Bu isə nominal artımdır. Bundan əlavə infilisasiyanı da nəzərə alsaq gəlirlər artmayıb. Bu da o demekdir ki, ət və süd məhsulların istehsalı azalıb. Bazara çıxan məhsulların həcmi azaldığına görə, nəticədə qiymətlər yüksək həddə çatıb”.

Həmçinin oxuyun

Özəlləşdirmə çekləri ilə bağlı acınacaqlı vəziyyət-Konstitusiya və Qanunların pozulur

Bu gün qanunla 20 000 $ əmlak ekvivalenti olan Özəlləşdirmə Çekləri barədə – Konstitusiya və …