Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Araşdırma / Azərbaycan qadınları kişilərdən çox yaşayır – ORTA ÖMÜR UZUNLUĞU

Azərbaycan qadınları kişilərdən çox yaşayır – ORTA ÖMÜR UZUNLUĞU

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda orta ömür uzunluğu ilə bağlı son 5 ilin statistikasını açıqlayıb.
Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məlumatlar dövriliklə əldə edilir:
“2014-cü ildə bu göstərici 74,2 yaş, 2015-ci və 2016-cı illərdə 75,2 yaş, 2017-ci ildə 75,4 yaş, 2018-ci ildə 75,8 yaş təşkil edib”.
Onun sözlərinə görə, 2019-cu ilə dair statistik məlumatlar ilin yekununda əldə ediləcək.
DSK rəsmisi həmçinin qeyd edib ki, kişilər üzrə orta yaş 73.3, qadınlar üzrə 78.2 yaşdır.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …