Cümə , Noyabr 27 2020
Ana səhifə / Araşdırma / Azərbaycan konsulluğunun əməkdaşını döymüş şəxs saxlanılıb

Azərbaycan konsulluğunun əməkdaşını döymüş şəxs saxlanılıb

Virtualaz.org Rusiyanın LifeNews telekanalına istinadən xəbər verir ki, ötən gecə Moskvada Azərbaycan konsulluğunda işlədiyini deyən şəxsi döymüş taksi sürücüsü saxlanılıb.

Məlumatda bildirildiyinə görə, bu şəxs 31 yaşlı Haybula Hacıyevdir.

*   *   *09:35

Virtualaz.org Rusiyanın LifeNews telekanalına istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Taksidə konsulluğun əməkdaşı ilə sürücü arasında mübahisə düşüb. Sonradan mübahisə edənlər avtomobildən eniblər və yolun kənarında taksi sürücüsü adı açıqlanmayan azərbaycanlıya hücum edib.

Hadisə şahidləri polis və təcili yardım çağırıblar.

*   *   *07:31

Rusiya paytaxtının polisi Moskvanın mərkəzi hissəsində Azərbaycan konsulluğunun əməkdaşının döyülməsi barədə məlumatı araşdırır. Virtualaz.org xəbər verir ki, bu barədə RenTV telekanalına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İlkin versiyaya görə, hadisə Konyuşkovski küçəsində baş verib.

Zərərçəkənin vəziyyəti barədə informasiyanın dəqiqləşdirildiyi bildirilir.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın