Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Araşdırma / Azərbaycan kişiləri boşanmış qadınla ailə qurarlarmı? – ARAŞDIRMA
Hands with torn photograph of couple

Azərbaycan kişiləri boşanmış qadınla ailə qurarlarmı? – ARAŞDIRMA

Baku.Tv cəmiyyətimizdə zaman-zaman aktuallaşan boşanmış qadınla ailə qurmaq mövzusunda reportaj hazırlayıb.

Reportajın mərkəzində dayanan mövzu Azərbaycan cəmiyyətində heç də hər kəs tərəfindən birmənalı qarşılanmır.

Belə ki, cəmiyyətin güclüləri – kişilər adətən digər həmcinsləri tərəfindən mənfi qarşılanacaqları, həmin qadının əxlaqına şübhə ilə yanaşdıqları üçün bu əməldən çəkinirlər.

Lakin heç də hamı bu cür düşünmür və əgər qadın əsaslı səbəblərdən ayrılıbsa, o zaman onunla ailə qurmağa hazır oluqlarını bildirənlər də var.

Qeyd edək ki, 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah və 6177 boşanma halları qeydə alınıb.

Bu ilin son məlumatına görə, Azərbaycanlı qızlar daha çox Türkiyə vətəndaşları ilə ailə həyatı qurublar – 341 nikah. Növbəti pillələrdə isə 316 və 205 göstərici ilə müvafiq olaraq, Rusiya və Gürcüstan kişiləri ilə nikahlar dayanır.

VIPedu.BIZ

Həmçinin oxuyun

Arvadını 5-ci mərtəbədən atan yüksək vəzifəli şəxs bu məşhurun qohumudur – FOTO

Ötən gün həyat yoldaşını qətlə yetirən Taxveli Ramiz Pərviz oğlu tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR …