Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Azərbaycan diplomatının sürücüsü Rusiyada qalmaqal yaratdı

Azərbaycan diplomatının sürücüsü Rusiyada qalmaqal yaratdı

Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulunun sürücüsü az qala beynəlxalq qalmaqala səbəb olub.

Virtualaz.org saytı xəbər verir ki, ötən bazar günü o, konsulun xidməti maşınını Yekaterinburqun Karl Libknext küçəsi, 5 ünvanında yerləşən diplomatik missiyanın binası qarşısında düzgün park etməyib.

Sürücü maşını missiyanın yerləşdiyi ofis binasının parkinqinin düz girişində saxlayıb. Nəticədə binadakı digər ofislərin işçiləri maşınları ilə dayanacağa daxil ola bilməyiblər.

Ura.ru portalı xəbər verir ki, onlar Azərbaycan konsulunun sürücüsünün hərəkətinə görə “mühüm müşavirəyə” gecikdiklərini deyiblər.

“Nəyə görə mən kiminsə tənbəlliyi, yaxud məsuliyyətsizliyi ucbatından saniyəsinə qədər hesablanan qrafikimi pozmalıyam? Hərənin dayancaqda öz yeri var, qoy orada saxlasın. Qalanlara tüpürmək olmaz, hətta sən baş konsul olsan belə” – deyə ofisi Azərbaycan konsulluğunun qonşuluğunda yerləşən şirkətin top-meneceri hiddətlənib.

O, məsələ ilə bağlı polisə müraciət edib.

Diplomatik missiyadan isə sürücünün hərəkətinə görə üzr istəyiblər. Sürücü deyib ki, maşını “bir dəqiqəliyinə” saxlayıb gedib və dərhal da geri qayıdıb.

Buna baxmayaraq baş konsul İlqar İsgəndərov ona xəbərdarlıq edib və bir daha belə hərəkət etməməyi tapşırıb. Diplomat deyib ki, konsulluğun avtomobil təsərrüfatına cavabdeh olan bütün şəxslərlə müvafiq söhbət aparılacaq.

Yol-patrul polisi isə baş verənləri daha sonra şərh edə biləcəyini deyib.

 

Həmçinin oxuyun

Bu il dünyadan köçmüş tanınmış simalar – ARAŞDIRMA

2024-cü ilin 3 aydan bir qədər çox hissəsini geridə qoyduq. Bu dövr cəmiyyətimiz üçün bir …

Bir cavab yazın