Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Araşdırma / Azərbaycan ərzaqla özünü nə qədər təmin edir? – ARAŞDIRMA

Azərbaycan ərzaqla özünü nə qədər təmin edir? – ARAŞDIRMA

Bazarda gündəlik tələbat malları arasında xeyli çeşiddə xarici istehsala rast gəlinir. Onların da qiyməti əksər hallarda yüksək olur. Yerli ərzaq məhsulları isə tələbatı tam ödəmir. Bəs Azərbaycan özünü ərzaq ehtiyatı ilə nə qədər təmin edir?

İqtisadçı ekspert Rəşad Həsənov “Xəzərxəbər”ə açıqlamasında, bəzi məhsulların yerli istehsalı istehlak normasından aşağı olduğunu bildirib. Ona görə də həmin qidalar üzrə idxaldan asılılıq davam edir. Bununla belə, bir qisim zəruri ərzaqların istehsalı qənaətbəxş sayıla bilər.

Ekspert bildirib ki, ölkədə kərə yağının istehsalı az olsa da, marqarin yağı və şəkər tozu istehsalı tələbatı ödəyir. İqtisadçı bir çox ərzaq məhsullarının istehsalının artırılması üçün potensialın olduğunu da deyir.

R.Həsənovun fikrincə, yerli istehsalı genişləndirmək üçün şərtlər sadələşdirilsə, daha böyük imkanlar yaradılsa, məhsuldarlıq artar, nəticədə bazarda ucuzlaşma müşahidə olunar.

Ətraflı süjetdə:

Həmçinin oxuyun

15 İL ƏVVƏLİN SİRLİ QƏTLİ – Rail Rzayevə qarşı Bakının mərkəzində terroru kim sifariş etdiyi hələ də məlum deyil…

əbəri ilə açdı. Səhər evindən çıxıb xidməti maşınında iş yerinə – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə …