Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Aytacın qatilinə 20 il həbs cəzası verildi

Aytacın qatilinə 20 il həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

“Report”un xəbərinə görə, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum olunmasını, A.Babayevanın anası isə ona ömürlük həbs cəzası verilməsini istəyib.

 

Qeyd edək ki, bu ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı – 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın