Ana səhifə / Araşdırma / Aytac Babayevanın ölüm anı– Fotolar

Aytac Babayevanın ölüm anı– Fotolar

Bir neçə gündür mediada və sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilən 17 yaşlı Aytac Babayevanın ölüm anının fotoları yayılıb.

Azinforum.az  xəbər verir ki, fotoları milli.az yayıb.

Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə Aytacla bağlı virtual aksiya başlayıb. Aksiya iştirakçıları qadına şiddəti pisləyən statuslar yazıb.

Xatırladaq ki, Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytacı 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu qətlə yetirib.

O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:

“Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın