Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Aynar Məmmədov sərbəst buraxıldı – Səbəb

Aynar Məmmədov sərbəst buraxıldı – Səbəb

Deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov cərimə edildikdən sonra sərbəst buraxılıb. 

 

Bu barədə musavat.com xəbər yayıb. Millət vəkilinin övladına məxsus “Nar” kafesində qumar oynayan 8 nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Axar.az-a bildirib ki, saxlananların işi məhkəməyə göndərilib.

 

Məhkəmə onların barəsində inzibati qaydada cərimə kəsib. DİN sözçüsü onların arasında A.Məmmədovun olub-olmaması haqda sualı cavablandırmayıb.

 

Onu da deyək ki, musavat.com-un əməkdaşı gecə saatlarında xüsusi təyinatlıların əməliyyatına məruz qalmış “Nar” kafesində olub. Hazırda kafe öz fəaliyyətini davam etdirir. Kafedə işçilərin Nəriman müəllim kimi müraciət etdikləri şəxs əyləşib və servis getdikcə bərpa olunub:

 

“Orada olarkən öyrəndik ki, kafedə sözügedən əməliyyat bu gecə (12 oktyabr) saat 2 radələrində aparılıb. Kafedə qumar oynayan 20 nəfər saxlanılıb. Nəriman adlı şəxs yanındakılardan Aynarın vəziyyətini soruşdu. Onlar isə Aynardan xəbərləri olmadıqlarını bildirdilər”. Kafenin içərisindən fotoları təqdim edirik. Onu da qeyd edək ki, stolların bir qismi rezerv kimi saxlanılıb.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın