Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsi müəyyən etmək mümkün olub.

Bakının Nərimanov rayonunda yaşayan 23 yaşlı Nicat Kamalov şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib.

Nicat Kamalov – Saxlanılan şəxs: “Ayıq sürücü kimi fəaliyyət göstərirəm. Sumqayıtda restoranda dayanmışdım. Bir nəfər çağırdı ki, bu müəllim içkilidir, maşınını idarə elə apar. Mən də həmin adamı götürdüm, Masazıra getdik. Orada gördüm ki, maşında pul var, ehtiyacım olduğu üçün götürdüm. Maşının sahibi də çox içkili idi, durğuza bilmədim. Maşında qoydum getdim”.

Ehtiyaclarını başqasının pulu ilə ödəmək istəyən Nicat Kamalov avtomobildən götürdüyü pulun 500 manatını xərcləməyə imkan tapıb. Qalan məbləğ isə polis tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.