Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Avtobusların yanması ciddi araşdırılmalıdır…

Avtobusların yanması ciddi araşdırılmalıdır…

Bakıda marşrut xəttində hərəkətdə olarkən yeni avtobusun yanması faktı ciddi araşdırılmalıdır.

Bunu Trend-ə açıqlamasında nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bunun üçün Bakı Nəqliyyat Agentliyində (BNA) hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılmalı, yanğının səbəbləri araşdırılmalıdır:

“Bu, adi hadisə deyil. Yanan avtobusun biri Azərbaycana 500 min manata başa gəlib. Yarım milyon manat qyməti olan həmin avtobusun həm istismar qaydaları, həm də dövrü texniki qulluq təlimatı var – Dövrü texniki qulluq, cari texniki qulluq, texnika ilə davranış, avtobusdan istifadə vaxtı hansı problem yarana bilər, bu zaman problemin qarşısını necə almaq olar və sair. Bütün bu təlimatlar var və həmin təlimatlara da əməl olunmalıdır. Avtobusu istismar edən “BakuBus” MMC, avtobusa cavabdeh olan şəxs bu təlimatların bütün detallarına ciddi riayət etməlidir. Əgər avtobusa təlimata uyğun qulluq olunubsa, vaxtında texniki baxış, texniki müayinə, detallara qulluq olunubsa, bu halda avtobusun zavod nöqsanını da aşkarlamaq olar. Əgər avtobusa təlimatlara uyğun qulluq olunmayıbsa, zavod qüsuru olsa belə həmin zavod zəmanətdən imtina edə bilər. Buna görə də məsələ ciddi araşdırılmalı, əsl səbəbləri müəyyən edilməlidir”.

BNA-nın Mətbuat katibi Mais Ağayev isə bildirib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılıb və hazırda hadisənin səbəbləri araşdırılır: “Bunun üçün komissiyaya xüsusi mütəxəssislər də dəvət olunub. Araşdırmalardan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, son günlərdə Bakıda sərnişin daşıyan “BakuBus” MMC-yə məxsus iki yeni və müasir avtobus qeyri-müəyyən səbəbdən yanıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …