Cümə , Avqust 23 2019
Ana səhifə / Araşdırma / Avtobus sürücüsü sükan arxasında narkotik qəbul edib?

Avtobus sürücüsü sükan arxasında narkotik qəbul edib?

İyun ayının 26-da Bakı-Laqodexi marşrut xətti üzrə hərəkətdə olan beynəlxalq daşımalara aid müntəzəm marşrut xəttində sürücü Şabanov Zaur Sabir oğlunun sükan arxasında narkotik vasitədən istifadə etdiyinə dair sərnişin iddiası ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən araşdırılması üçün hüquq-mühafizə orqanlarına şifahi şəkildə məlumat verilib. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda Xidmətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb. O, qeyd edib ki, fakt öz təsdiqini taparsa daşıyıcı şirkət ciddi xəbərdarlıq almaqla yanaşı, xətdən 1 ay müddətinə uzaqlaşdırılacaq: 

“Sərnişinlərimizdən ricamız, bu cür hallarla və digər qayda pozuntuları ilə rastlaşdıqları təqdirdə ilk növbədə hüquq-mühafizə orqanlarına və avtomobil nəqliyyatı ilə daşımaları tənzimləməkdə məsul qurum qismində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 566-52-58 nömrəli Çağrı Mərkəzinə müraciət etsinlər. Hadisəni telefonla qeydə aldıqdan sonra 1 ay məlum olmayan səbəblərdən gizli saxlayaraq yayımlamasınlar. Çünki bu zaman həm aidiyyatı qurumun faktı araşdırması üçün çətinlik yaranır, həm də sərnişinin (şikayətçinin) bizə məlum olmayan səbəblərdən dolayı bir ay faktı üzə çıxartmadığı aydın olur. Aidiyyatı üzrə araşdırılıb tədbir görülməsi üçün məlumatların birbaşa tərəfimizdən ötürülməsi üçün dəstəyiniz vacibdir”.

Həmçinin oxuyun

QUDALARIN XARİCDƏKİ BÖYÜK ARAQ BİZNESİ… – Eldar Həsənovla bağlı şok məlumatlar yayıldı

2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu …