Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Avropa Oyunları Əməliyyat Komitəsinin sabiq maliyyə direktorunun korrupsiya əməlləri – ŞOK İTTİHAMLAR

Avropa Oyunları Əməliyyat Komitəsinin sabiq maliyyə direktorunun korrupsiya əməlləri – ŞOK İTTİHAMLAR

Əvvəllər Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Maliyyə Direktoru vəzifəsində işləyən Əliyev Elmar Ziyafət oğlunun korrupsiya əməlləri ilə hüquq-mühafizə orqanlarına detallı məlumatlar verilsə də, onun barəsində hələlik heç bir tədbir görülməyib.

Xatırladaq ki, Elmar Əliyev hazırda Bakı şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) mühasibidir. Bakı şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru isə mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovdur. Arif Rəhimovun baş mühasiblə iş birliyinin dövlət büdcəsinə zərərləri barədə məlumatlar yayılmaqdadır. Bu səbəbdən də, Elmar Əliyevin Arif Rəhimovla birləşib BCCOC-da hansı oyunlardan çıxması ayrı araşdırma mövzusudur.

Azinforum.az AzToday.az-a istinadla xəbər verir ki, Elmar Əliyevin Avropa Oyunları Əməliyyat Komitəsinin (EVENTOC) maliyyə direktoru işləyərkən törətdiyi maliyyə maxinasiyalarını onun qohumu və şəriki olan Tural Heydərlinın Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətdə açıqlayıb.

Müraciətdən görünür ki, Tural Heydərli Elmar Əliyev və sonuncunun dostu Elgiz Mirzəzadə ilə birlikdə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Elmar Əliyevin qohumu Qəhrəmanov Turqut Oruc oğlunun adı üzərində 20 dekabr 2017-ci ildə “First Step” adını patentləşdirərək iş qurublar. Dostlar bir müddət Turqut Qəhrəmanovun adı üzrərində bizneslə məşğul olduqdan sonra “Firstec” MMC-ni təsis ediblər. Həmin şirkət əsasən məişət avadanlıqlarının satışı ilə məşğul olub. Sonradan şəriklər arasında münasibətlər gərginləşib. Tural Heydərli bildirir ki, Əliyev Elmar Ziyafət oğlu və Mirzəzadə Elgiz Asif oğlu öz qanunsuz əməllərini ört-bastır etmək məqsədilə hüququ-mühafizə orqanlarına onun barəsində böhtan xarakterli şikayət ərizəsi ilə müraciət ediblər:


Əliyev Elmar Ziyafət oğlu
“Əslində isə vaxtilə hər iki şəxslə yaxın münasibətlərim olduğundan Elmar Əliyev və Elgiz Mirzəzadənin korrupsiya əməlləri barədə məlumatlıyam. Belə ki, işləyərkən mal və avadanlıqların mənimsənilməsi, köçürmə yolu ilə pulların nəğdləşdirilməsi, yüksək əməkhaqqıların rəsmiləşdirilərək işçilərə, xüsusilə sürücülərə aşağı həddə əməkhaqqı verilməsi, “Avropa Oyunları” etiketli məişət avadanlıqlarının, geyim və qida məmulatlarının ayrı-ayrı mağazalarda satışını təşkil etməsi və sair digər korrupsiya yönümlü fəaliyyəti barədə sübutlara malikəm.

Əliyev Elmar Ziyafət oğlu korrupsiya elementli əməllərinin atası Ziyafət Əliyev, qohumları Faiq Əliyev, Əsgər Əliyev, Nurlan Qafarov, qaynatası Altun, dostu Mehdi və digər yaxın adamlarının adına MMC-lər təsis edərək köçürmə yolu ilə nəğdləşdimə fəaliyyəti ilə məşğul olur. Əliyev Elmar Ziyafət oğlu yaxın adamlarının adına təsis etdiyi MMC-ləri atası Əliyev Ziyafət Əsgər oğlunun direktoru vəzifəsində işlədiyi “SALYANNEFT” MMC-nin (VÖEN: 9900076031) elan etdiyi tenderlər və satınalmalarda qalib elan edərək pul vəsaitlərinin silinməsi ilə məşğul olub. Əliyev Elmar Ziyafət oğlu mənim adıma qeydiyyata alınmış “ASAN İmza” nömrəsi ilə 20-ə yaxın MMC-nin maliyyə-mühasibatlıq fəaliyyətini idarə edir, həmin MMC-lərin vasitəsilə nəğdləşdirmə aparıb”.

Şikayətçi bildirir ki, Əliyev Elmar Ziyafət oğlu atasına məxsus olan və Bakının Zığ qəsəbəsində yerləşən Halikarnas Restoranının yaxınlığındakı fərdi yaşayış evində və özünə məxsus olan Albalılıq adlanan ərazidə mövcud olan fərdi yaşayış evində “Avropa Oyunları” etiketli məişət avadanlıqlarının, geyim və qida məmulatlarının saxlanmasını və realizə edilməsini həyata keçirib:

“Əliyev Elmar Ziyafət oğlu Bakı Avropa Oyunları ərəfəsində qohumlarına və dostlarına “Azpetrol” yanacaqduldurma məntəqsinin ödənişsiz yanacaq tədarükünə icazə verən kartlar paylayaraq yanacaq mənimsənilməsini həyata keçirib. Azərbayan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva Bakı Avropa Oyunlarının ən yüksək səviyyədə baş tutması üçün bütün imkanlarını səfərbər etdiyi halda maliyyə məsələlərinə cavabdeh olan Elmar Əliyev ona olan etibardan sui-istifadə edərək qanunsuz yollarla kapital toplamaqla məşğul olub. Onun və atasının Almaniyada Hostel və evlərinin mövcudluğu təsadüfi hesab edilə bilməz. Əliyev Elmar Ziyafət oğlunun xalasının kürəkəni Nurlan Qafarova vergi, DSMF, bank və sair maliyyə-mühasibatlıq əməliyyatlarının aparılmasına dair etibarnamə vermyimdən sui-istifadə edərək, çoxsaylı maliyyə pozuntusuna yol verib.

Əliyev Elmar Ziyafət oğlu, Mirzəzadə Elgiz Asif oğlu və onların ətrafındakılar şəbəkənin dövlət əmlakını mənimsəmələri Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlanılarsa, qeyd edilən şəbəkənin çoxşaxəli maxinasiyaları aşkar edilər”.

Maraqlısı budur ki, BCCOC-nin mühasibinin işləkləri barədə rəsmi müraciətlər edilsə də, Elmar Əliyevin fəaliyyəti yoxlanılmayıb. Əksinə, şikayətçi Tural Heydərlini həbs ediblər. Deyilənlərə görə bu həbsin reallaşması üçün Elmar Əliyevlə Xəta rayon Prokuroru Sərdar İmanov səmimi əməkdaşlı ediblər. Hətta bu əməkdaşlıq indi də, davam edir. Elmar Əliyevdən edilən şikayətin dəlillərinin araşdırılmaması onun toxunulmazlıq statusuna işarədir. Elə isə BCCOC-nin mühasibini kimlər himayə edir? Bəlkə topdağıtmaz sərvəti Elmar Əliyevə həmişə və hər yerdə yaşıl işıq yandırır? Bu mümkün versiyadır. Lakin buna rəğmən hüquq-mühafizə orqanlarının Elmar Əliyevi təftiş etməsinin vaxtı çatıb. Nəzərə alınsa ki, Elmar Əliyevin qohumu və şəriki Tural Heydərlinin müraciətlərində sadalanan faktklar kifayət qədər diqqəti cəlb edən faktlardır, bu halda həmin müraciətlərin baxılmamış saxlanılması mümkün deyil. Təsəvvür edin ki, faktlar Elmar Əliyevin yaxın qohumları Ziyafət, Faiq, Əsgər Əliyevlər, hətta həyat yoldaşı Elnurə Əliyeva, sonuncunun atası Altun, yaxın qohumu Ovçuyev Vəli İlqar oğlu və digərləri ilə birlikdə maliyyə pozuntularına yol verməsi barədədir.

Belə məlum olur ki, hüquq-mühafizə orqanlarının səriştəsizliyi nəticəsində Elmar Əliyev ailə ansambılı yaradıb öz bildiyini edir. Ehtimal etmək mümkündür ki, baş verənlər, o cümlədən Elmar Əliyevin EVENTOC-da BCCOC-da və daha haralarda törətdiyi əməllər, ailə üzvlərində ibarət ansanbıl yaratması Prezident Administrasiyasında aidiyyəti vəzifəli şəxslərə, o cümlədən Prezident İlham Əliyevə məlum deyil. Elə bu səbəbdən də, araşdırmalarımızı davam etdiririk. Ümid edirik ki, ayidiyyəti dövlət orqanları baş verənləri araşdıracaq.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …