Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / AVP-dən növbəti açıqlama: “DİN belə bir qəza barədə onlarda  məlumatın olmadığını deyir”

AVP-dən növbəti açıqlama: “DİN belə bir qəza barədə onlarda  məlumatın olmadığını deyir”

Bu gün yerli KİV-də yayılan məlumata görə, Ana Vətən Partiyasının (AVP)  sədri, millət vəkili Fəzail Ağamalının oğlu Yalçın Ağamalının maşınla adam vurması haqda məlumat yayılıb. Həmin məlumatlarda bildirilir ki,  deputatın oğlu Yalçın Ağamalı “Jeep” markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Ana Vətən Partiyasının (AVP) mətbuat xidməti partiyanın sədri, millət vəkili Fəzail Ağamalının oğlu Yalçın Ağamalının maşınla adam vurması haqda yayılan məlumatlara aydınlıq gətirib.

Partiyanın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Azinforum.az-a açıqlamasında bildirib ki, yayılan xəbərlərin  həqiqəti əks etdirmir,  Yalçın Ağamalı hazırda Türkiyədədir:

“Yalçın Ağamalı Azərbaycanda olmaya-olmaya necə qəza törədə bilər? O, 15 gündür ki, Türkiyədədir. Bundan başqa Yalçın Ağamalının 36 yox, 44 yaşı var. Onun “Jeep” yox, “Hundai” markalı avtomobili var”.

Tünzalə İsmayılova həmçinin bəzi KİV-ləri məlumatı dəqiqləşdirmədən yaymaqda ittiham etdi:

“Niyə jurnalistlər bu məlumatı rəsmi qurumlarla dəqiqləşdirmədən yayır? Axı, burda jurnalistikanın təməl prinsipləri pozulur. Şəxsən mənim özüm Daxili İşlər Nazirliyi mətbuat xidmətilə əlaqə saxladım. Ehsan Zahidov dedi ki, onlarda belə bir məlumat yoxdur. Bəyəm, rəsmi quruma bir zəngi etmək bu qədərmi çətindir? Hər halda, DİN rəsmisi belə məlumatın olmadığını deyirsə, demək yayılan xəbərlərin heç bir əsası yoxdur”.

Çinarə SEYİDOVA

Azinforum.az

 

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …