Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Avis” Tibbi Marketlərinin direktoru həbs olundu – RƏSMİ 

“Avis” Tibbi Marketlərinin direktoru həbs olundu – RƏSMİ 

Bakıda geniş aptek şəbəkəsinə malik olan “Avis” Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub.

“Report”un xəbərinə görə, “Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, dünən musavat.com Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Avis apteklər şəbəkəsində xüsusi əməliyyatın keçirildiyi, həbslərin aparıldığı və hətta Avis-in baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumat yaymışdı.

“Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 18 il ərzində şirkət Bakıda 8 aptek açıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın