Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / ATV-nin keçmiş prezidentinə qarşı dələduzluq ittihamı

ATV-nin keçmiş prezidentinə qarşı dələduzluq ittihamı

“Nehrəm” MTK-nın rəhbərliyindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

“ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Rafael Əlizadə adlı vətəndaş MTK-nın 2014-2015-ci illərdə onun ümumilikdə 150 min dollardan çox pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Nehrəm” MTK-nın təsisçisi Tağı İbrahimovdur. T.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır və uzun müddən ATV telekanalının prezidenti olub.

Məsələ ilə bağlı “Nehrəm” MTK sədri Vasif İsmayılov açıqlama verib. V.İsmayılov “Report”a bildirib ki, Rafael Əlizadənin “Nehrəm” MTK-ya qarşı olan şikayətinin heç bir qanuni əsası yoxdur: “O, MTK-dan heç vaxt və heç bir mənzil almayıb və MTK-ya heç bir məbləğ ödəməyib. Həmin şəxs təxminən 4 il bundan öncə guya MTK-nın inşa etdirdiyi binadan mənzil aldığı barədə MTK-nın ofisinə müraciət edib. Araşdırma zamanı müəyyən edilib ki, Rafael Əlizadə Rusiya Federasiyasında yaşayarkən mənzil almaq üçün MTK-nın 2005-2009-cu illərdə podratçısı olmuş və bütün işləri yarımçıq qoyaraq qaçıb getmiş “Fəqan-1” MMC-nin rəhbəri Hüseynov Rauf Ağacəfər oğluna müəyyən məbləğdə pul ödəyib və “Fəqan-1” MMC-nin rəhbəri onunla mənzilin alışına dair saxta müqavilə bağlayıb. Bunu bilən Rafael Əlizadəyə izah olunub ki, hər hansı bir tələbi varsa “Fəqan-1” MMC-nin rəhbərinə qarşı irəli sürə bilər və Rauf Hüseynovun hərəkətindən məhkəməyə müraciət və yaxud hüquq-mühafizə orqanlarına şikayət edə bilər”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın