Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Atasını öz obyektində boynundan vuran 24 yaşlı şəxsin məhkəməsi başlayıb

Atasını öz obyektində boynundan vuran 24 yaşlı şəxsin məhkəməsi başlayıb

Sərxoş vəziyyətdə atasını öldürən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, 1993-cü il təvəllüdlü Sərxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iclası martın 17-nə təyin edilib.

Hadisə ötən il noyabr ayının 10-da Qubada baş verib. 24 yaşlı Sərxan Heydərovun atası, 48 yaşlı Siyavuş Heydərovun kafesində baş verib. Ata və oğul arasında yaranan mübahisə zamanı S.Heydərov bıçağa əl atıb.  Atasına boyun nahiyyəsinə bıçaqla xəsarət yetirən S.Heydərov hadisə yerindən qaçıb.

S. Heydərov hadisə törədən zaman sərxoş olub.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın