Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Araşdırma / Atasını öldürən Rahib tutuldu – Bacısı xəbər verib

Atasını öldürən Rahib tutuldu – Bacısı xəbər verib

Atasını qətlə yetirməkdə şübhəli bilinən Biləsuvar rayon sakini  tutulub.

“Qafqazinfo” xəbər verir ki, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T.Rəsulovun meyiti eksqumasiya edilib. Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib.

Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Balakəndə naməlum xəstəlik yayılıb? – Nazirlikdən açıqlama

Səhiyyə Nazirliyi Balakəndə xəstəlik yayılması haqqında dolaşan xəbərlərə reaksiya verib.Mia.az xəbər verir ki, nazirlik sosial şəbəkələrdə …

Bir cavab yazın