Ana səhifə / Araşdırma / “Atam qız-gəlinə söz atır, qeybət edirdi” – Atasını öldürüb, anasını yaraladı

“Atam qız-gəlinə söz atır, qeybət edirdi” – Atasını öldürüb, anasını yaraladı

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürüb, anasını yaralamaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Emin Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə baxış iclası keçirilib.

İttihama görə, oğurluğa görə məhkum olunan və yeni həbsdən çıxan E.Sadıqov mərc oyunlarına pul qoymağa başlayıb və buna görə borca düşdüyü üçün evlərini satmaq istəyib. Evi satmağa etiraz edən atasını bıçaqlayaraq öldürüb, ona maneə olmaq istəyən anasını yaralayıb.

E.Sadıqov deyib ki, atası Sadıq Sadıqovu onu və ailə üzvlərini daim incitdiyi üçün öldürüb:

“Atamın günahı çox olub, mənim nə uşaqlığım olub, nə gəncliyim. 13 yaşıma kimi döyülmüşəm, ondan sonra da işləyib ailəmi saxlamışam. Atam hamımızı incidirdi, ona yalvarırdıq. Məni tez-tez evdən qovurdu. Taski kimi işləyirdim, məcbur olub maşında yatırdım. 28 yaşıma kimi oğurluq etməmişdim, məcbur olub etdim. Onda da peşman oldum, səhəri gün pulu aparıb ev sahibinə verdim. Dedim səhv etmişəm, polisə şikayət etmə. Amma o şikayət elədi, mən də həbs olundum.

Mən həbs olunandan sonra atam bacımı, qardaşımı, kürəkənimizi incitməyə başladı. Mənlə görüşə gələndə danışıb ağlayırdılar. Bacımla əri axırda bezib kirayə evə köçdülər. Mən türmədən çıxandan sonra atama dedim ki, daha bu hərəkətlərini yığışdırsın. Amma o yenə də öz bildiyini edirdi. Qonşuda qız-gəlinlərə söz atırdı, arvad kimi qeybət edirdi. İki ay sonra yenə dava saldı, anamla qardaşım evdən getdi. Atama mən baxırdım. Həmin vaxt əlimə pul gəldi, onun üçün maşın aldım, ad günündə qızıl üzük aldım. Sonra borca düşdüm, həm də evlənmək istəyirdim. Atama dedim yaşadığımız evi sataq, 2 ev tikək. Birində qardaşım qalsın, birində də atamgillə mən. Amma atam razılaşmadı, dedi evi satıb başqa yerə gedəcək.

Atam deyirdi ki, narkoman killerə 1000 manat verib anamı öldürtdürəcək. Mən də fikirləşdim ki, atamı öldürsəm anam, qardaşım, bacım rahat yaşayar. Mən də ona 5 bıçaq vurdum, sonra dükandan su alıb içdim. Özümü də öldürmək istəyirdim, ip alıb dəniz kənarına getdim. Orada özümü asdım, ip sürüşüb açıldı, ikinci dəfə də qırıldı, yıxıldım. Elə yerdə uzanılı vəziyyətdə fikirləşdim ki, özümü öldürməməliyəm. Bir neçə dəqiqə orda oturdum, polisdən zəng edib təslim olmağımı dedilər. Mən də dedim ki, şokdayam, özümə gəlim, təslim olacağam. Sonra da təslim oldum”.

Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın