Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Ata yolu”nun baş redaktorunun işində şahidlər məcburi gətiriləcək- qərar verildi

“Ata yolu”nun baş redaktorunun işində şahidlər məcburi gətiriləcək- qərar verildi

Dələduzluqda təqsirləndirilərək, həbs edilən və məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilən xanım baş redaktor yenidən hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Elçin Əsədov, Vüsal Hüseynov, Samirə Nəsibova, Elman Xəlilov, Anar Abıyev və Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Onlardan Anar Abıyev və Mehdi Mehdiyevin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və azadlıqdadırlar.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə məhkəmə iclasında məlum olub ki, iş üzrə şahidlər məhkəməyə gəlmir. Onların məhkəməyə gətirilməsi ilə bağlı məcburi gətirilmə qərarı çıxarılsa da icra edilmir. Hakim bildirib ki, çıxarılan qərarın icrası üçün aidiyyatı qurumlara müraciət ediləcək.

Məhkəmə iclası oktyabrın 25-də davam etdiriləcək.

Təqsirləndirilən şəxslərdən Elçin Əsədov daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb. O, 2015-ci ildə azadlığa çıxıbmış.

Digər təqsirləndirilən Vüsal Hüseynov da daha əvvəl dələduzluğa görə məhkumluq həyatı yaşayıb.

Hazırda ev dustaqlığında olan Anar Abıyev də dələduzluğa görə məhkumluq həyatı yaşayıb və 2013-cü ildə azadlığa buraxılıb.

İş üzrə 37 nəfər zərərçəkmiş var. Onlar təqsirləndirilən şəxslərə işə düzəlmək və digər məqsədlərlə pul veriblər.

Xatırladaq ki, təqsirləndirilənlərdən Samirə Nəsibova “Ata yolu” qəzetinin baş redaktoru olub. S.Nəsibova bir neçə nəfəri Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmək adı ilə dələduzluq edib. Onun cinayət işi üzrə 29 nəfər zərərçəkmiş tanınıb.

S.Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilərək, 7 il müddətinə azadləqdan məhrum edilib.

Xatırladaq ki, Samirə Nəsirova həbs edilməzdən bir neçə ay əvvəl evindən 48 min dollar və qızıllarının oğurlandığını bildirmişdi.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …