Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Astarada müəmmalı vandalizm: 20-dən çox başdaşı sındırıldı

Astarada müəmmalı vandalizm: 20-dən çox başdaşı sındırıldı

Astara rayonunun Şiyəkəran kənd qəbiristanlığında gecə saatlarında 20-yə yaxın başdaşı yararsız hala salınıb. Sındırılmış başdaşılar əsasən mərmərdəndir. Elə başdaşılar var ki, bir neçə yerə bölünüb. Kənd sakinləri qəbiristanlığa toplaşaraq bu hərəkətə qarşı tədbir görülməsini tələb edirlər.

«BİABIRÇILIQDIR…»

Sakinlərdən Tahir Qədirzadənin dediyinə görə, bu hərəkətlə özlərini təhqir olunmuş sayırlar: «Səhər durduq gördük ki, qəbiristanlıqda başdaşıları sındırıblar. Siz bilirsiniz bu nə deməkdir? Heç vaxt belə işlər olmamışdı. Qisasçılığa da oxşamır. Biabırçılıqdır. Özümüz də bilmirik ki, nə edək?».

Qəbir üstündə ağlayan bir qadın deyir ki, heç kimə pislikləri dəyməyib. Doğmaların başdaşılarının bu kökə salınması onu sarsıdıb: «Biz müsəlmanıq. Müsəlman da belə iş tutarmı? Elə bilirəm ki, əzizlərim bu gün ölüblər. Belə də iş olar?»

TƏQSİRKARLAR TUTULUB?

Şiyəkəran kənd dini icmasının rəhbəri Rusuv Məmmədovun deməsinə görə isə, artıq təqsirkar şəxslər həbs olunublar: «20-yə yaxın başdaşı sındırılıb. İnsanlara ziyan dəyib. Hazırda polislər tərəfindən həmin şəxslər tutulub. İndi də istintaq gedir. Yəqin ki, orqanlar tərəfindən tədbirlər görüləcək».İcmanın rəhbəri bu işdə hər hansı dini qrupların əlinin olmasını istisna edir. Onun fikrincə, bu, düşünülməmiş bir hərəkətdir.

TƏQSİRKARLAR SƏRXOŞ OLUB?

Astara rayonunda danışırlar ki, hadisəni törədən adamlar sərxoş olub.Mədəniyyət işçisi Vaqif Əhmədoğlunun fikrincə isə, sərxoş adamın belə bir iş görməsi inandırıcı deyil. Onun bildirməsinə görə, başdaşıları radikal dini qruplar sındıra bilər: «Narahat doğuran haldır. Sərxoş adam bir daşı sındırar, bu qədər başdaşıları yararsız hala salmaz ki? Məsələn, elə radikal dini qruplar var ki, başdaşının əleyhinədir. Onların da əli ola bilər. Məsələ araşdırılmalıdır. Mən biləni, rayonumuzda belə hadisələr olmayıb. Vandalizmdir».

Artıq iki nəfərin şübhəli şəxs qismində saxlanıldığı deyilir. Rayon polis şöbəsi əlavə məlumat vermir. (“Azadlıq” radiosu)

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın