Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Araşdırma / AST Telman 8 nəfərin qətlində ittiham olunur

AST Telman 8 nəfərin qətlində ittiham olunur

Çerkizov bazarının sabiq sahibi, keçmiş milyarder Telman İsmayılov 8 nəfərin sifarişli qətlində ittiham olunan mütəşəkkil cinayətkar qruplaşmanın işi üzrə istintaqda fiqurantdır. AzVision.az xəbər verir ki, bu barədə “Rosbalt” Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Telmanın qardaşlarından biri Rafiq təqsirləndirilən şəxsdir və həbs olunub, digər qardaşı Vaqif barəsində isə axtarış elan edilib.

Telman İsmayılov barədə ifadəni həbs olunan dəstənin üzvü verib. Bütün cinayətlər Moskvada bir sıra ticarət obyektləri uğrunda gedən kriminal müharibənin nəticəsidir.

İstintaqla sövdələşməyə mütəşəkkil qruplaşmanın üzvü, Rafiqin sağ əli Harri Belotserkovski gedib. O, T. İsmayılovun sifarişli qətllərdə əli olduğunu açıqlayıb. İstintaqa ifadəsində Belotserkovski deyib ki, 2010-2016-cı illər ərzində qardaşların sifarişi ilə törədilən səkkiz qətl barədə məlumatlıdır. Qətlə yetirilənlər ailə ilə əlaqələri olan biznesmenlər və “koptevsk” cinayətkar qruplaşmasının üzvləridir.

O, ifadəsində bildirib ki, 2000-ci ildə Rafiqlə birlikdə “Praqa” restorana gəldiyi zaman Telman İsmayılovla söhbətin şahidi olub. Həmin söhbətdə Andrey Lobanov (Loban “Alıkor” QSC-nin vitse-prezidenti hesab edilirdi) adlı kriminal avtoritetin öldürülməsinin mümkün cinayət detalları müzakirə olunub. Qeyd olunub ki, 2000-ci ilin dekabrında iki şəxs Dmitrovski şossesi, 66 nömrəli evin qarşısında Lobanov və onu mühafizəçisinə atəş açıblar. Avtoritet aldığı yaralardan dünyasını dəyişib, onun mühafizəçisi isə ağır yaralanıb.

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, son 16 il ərzində qardaşların göstərişi ilə bir sıra bazarların və ticarət mərkəzlərin ələ keçirilməsi üçün yeddi nəfər öldürülüb. Sonuncu hadisə 2016-ci ilin may ayında baş verib. Belə ki, Moskva vilayətində Vladimir Savkin və Yuri Brilev güllələnib. Mənbə bildirib ki, Telman İsmayılovla bağlı məsələ hazırda həll olunur. Onun axtarışa veriləcəyi istisna deyil.

Həmçinin oxuyun

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması… Və müəmmalı “Maybach”i

Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş …

Bir cavab yazın