Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Aslan Aslanovun oğlunun öldürən əfv edilə bilərmi?

Aslan Aslanovun oğlunun öldürən əfv edilə bilərmi?

Novruz Bayramı ərəfəsində imzalanması gözlənilən əfvlə azadlığa qovuşması ehtimalı olanlardan biri də Şəmkirin eks-icra başçısı Aslan Aslanovun oğlunun qətlində günahlandırılan Vüqar Əliyevdir.

Bu haqda Modern.az saytına məlumat verən vəkili Adəm Məmmədov bildirib ki, əfv birbaşa ölkə başçısının səlahiyyətində olan məsələdir: “Vüqar Əliyev hələ bundan əvvəlki əfv sərəncamları öncəsi ərizə yazaraq Prezidentdən əfv olunmasını istəyib. Yəni, onun adına ərizə onsuz da var, yenisini yazmağa ehtiyac yoxdur”.
Vüqar Əliyev və Lamiyə Quliyeva 2003-cü ildə həbs ediliblər. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Lamiyə Quliyeva barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

2014-cü ilin oktyabrında Lamiyənin həbsxanada nikahdankənar uşaq doğması cəmiyyətdə rezonans doğurub. Lamiyə Quliyeva Baş Prokurorluğun 2015-ci ildə verdiyi protestlə azadlığa çıxıb.

Bundan sonra isə Vüqar Əliyev əfv ərizəsi ilə prezidentə müraciət etmişdi.

Vüqar Əliyev hazırda Qobustan həbsxanasında cəza çəkir.

O, həbsdə olarkən yaxın qohumu olan bir qadınla ailə qurub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın